İQTİSADİYYAT


Elektrik enerjisi, qaz və buxar istehsalı sektorunda 1,6 milyard manatlıq məhsul istehsal olunub

Bakı, 20 noyabr, AZƏRTAC 

Yanvar-oktyabr aylarında elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 1 milyard 606,3 milyon manatlıq məhsul istehsal olunub və xidmətlər göstərilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,4 faizlik artım müşahidə olunub.

On ayda su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuş məhsulların həcmi 6,4 faiz artaraq 272,8 milyon manat təşkil edib.

Hesabat dövründə sənaye məhsulunun 4,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.