İQTİSADİYYAT


Elektrik enerjisi sektorunda karbon emissiyaları ən yüksək səviyyəyə çatacaq

Bakı, 16 iyul, AZƏRTAC

Cari ildə və gələn il qlobal elektrik enerjisi tələbatında gözlənilən artımı qarşılamaq üçün bərpa olunan enerji mənbələrinin qeyri-kafiliyi səbəbindən ənənəvi enerji resurrslarından istifadəsinin artacağı və elektrik enerjisi sektorunda karbon emissiyalarının ən yüksək səviyyəyə çatacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinə (IEA) görə, keçən il koronavirus epidemiyası çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində 1 faiz azalan qlobal elektrik enerjisi tələbatının iqtisadi canlanma fonunda bu il 5 faiz, gələn il isə 4 faiz artacağı gözlənilir. Qlobal elektrik enerjisinə olan tələbatın artması əsasən Asiya Sakit Okean bölgəsi ilə əlaqəli olsa da, Çin və Hindistan kimi ölkələrdə bu mənada fərqlənir.

Elektrik enerjisinə olan tələbatın artmasına baxmayaraq, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin bu il və 2022-ci ildə güclü artım göstərəcəyi proqnozlaşdırılır. Bu çərçivədə bərpa olunan mənbələrdən istehsal olunan elektrik enerjisinin bu il 8 faiz, gələn il isə 6 faizdən çox artacağı gözlənilir. Belə güclü artıma baxmayaraq, bərpa olunan enerji mənbələrinin qlobal elektrik tələbatındakı böyümənin təxminən yarısını təmin edəcəyi nəzərdə tutulur.

Elektrik enerjisinə olan tələbatdakı artımın bu il 45 faizinin, 2022-ci ildə isə 40 faizinin ənənəvi enerji mənbələrindən, qalan hissəsinin atom enerjisi hesabına təmin ediləcəyi gözlənilir. Son 2 ildə elektrik enerjisi sektorundan qaynaqlanan qlobal karbon emissiyalarındakı azalmaya baxmayaraq, ənənəvi enerji mənbələrindən enerji istehsalının artımı nəticəsində emissiyaların bu il 3,5 faiz, 2022-ci ildə 2,5 faiz artaraq rekord səviyyəyə çatma riski var.

İqlim böhranı ilə mübarizə çərçivəsində 2020-2025-ci illərdə elektrik enerjisi sahəsindəki tullantıları 75 faiz azaltmaq üçün kömür əsaslı elektrik istehsalı hər il 6 faiz azalmalıdır. Bununla yanaşı, kömürdən elektrik enerjisi istehsalının bu il 5 faiz, 2022-ci ildə 3 faiz artaraq tarixin ən yüksək səviyyəsinə çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.