İQTİSADİYYAT


Elektrik enerjisindən qeyri-qanuni istifadə hallarının qarşısı alınır

Bakı, 9 noyabr, AZƏRTAC

Bu il “Saatlı” Elektrik Şəbəkəsi (EŞ) Müəsisəsində keçirilmiş reydlər zamanı 920-dən artıq qayda pozuntusu faktı aşkar olunub. Nəticədə 2 milyon 101,3 min kilovat-saata yaxın itirilmiş elektrik enerjisinin 126,2 min manatdan çox istehlak dəyəri bərpa edilib. son üç ayda müəssisə üzrə elektrik verilişi xətlərində və transformator məntəqələrində təmir işləri həyata keçirilib.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, ötən 9 ayda müəssisə üzrə ümumi istehlak 67,6 milyon kilovat-saatdan, o cümlədən sentyabr ayında isə, 5,4 milyon kilovat-saatdan artıq olub. Ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə bu dövrdə ümumi istehlak 1,6 milyon kilovat-saata yaxın artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.