ELM VƏ TƏHSİL


Elektrik qaz qaynaqçısı ixtisası üzrə səriştələrin tanınması məqsədilə imtahan təşkil olunacaq

Elektrik qaz qaynaqçısı ixtisası üzrə səriştələrin tanınması məqsədilə imtahan təşkil olunacaq

Bakı, 14 mart, AZƏRTAC

Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) elektrik qaz qaynaqçısı ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı yaradır.

TKTA-dan AZƏRTAC-a bildirilib ki, elektrik qaz qaynaqçısı ixtisası üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən peşəkarlar səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumatla TKTA-nın saytında tanış ola və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçə, tələb olunan sənədləri [email protected] ünvanına göndərə bilərlər.

Qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət olan ərizəçiyə müvafiq modul üzrə sertifikat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.