İQTİSADİYYAT
“Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi Qrupunun növbəti iclası olacaq
Bakı, 23 noyabr, AZƏRTAC
Noyabrın 30-da saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” İşçi Qrupunun videokonfrans formatında növbəti iclası keçiriləcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, iclasda İşçi Qrupunun 2021-ci il üçün Fəaliyyət Planında nəzərdə tutulmuş tapşırıqlarla bağlı görülmüş işlər, işçi qrupunun əvvəlki iclasında qərara alınmış tədbirlərin icra vəziyyəti barədə məlumat veriləcək, elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə sahibkarların məlumatlılıq və məmnunluq səviyyəsinin artırılmasına xidmət edən Kommunikasiya Strategiyasının və İşçi Qrupunun 2022-ci il üçün Fəaliyyət Planının layihəsi müzakirə ediləcək.
İşçi qrupunun iclasında iştirak etmək istəyən şəxslər, o cümlədən özəl sektorun nümayəndələri Komissiyanın internet portalının “Rəqəmsal Təqvim” səhifəsində yaradılmış “Təklif göndər” bölməsinə daxil olaraq müvafiq təkliflərini verə bilərlər.