İQTİSADİYYAT


Elektrik təchizatı şəbəkələrinə qoşulma üzrə işçi qrupunun növbəti iclası keçirilib

Bakı, 25 dekabr, AZƏRTAC

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə komissiyanın “Elektrik təchizatı şəbəkələrinə qoşulma” işçi qrupunun növbəti iclası videokonfrans formatında keçirilib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, videokonfransı işçi qrupunun rəhbəri, energetika nazirinin müavini Samir Vəliyev açaraq Prezident İlham Əliyevin müəyyən etdiyi inkişaf strategiyasında biznes mühitinin davamlı olaraq yaxşılaşdırılmasının və sahibkarlığın inkişafının prioritet istiqamətlərdən olduğunu vurğulayıb.

İclasda Elektrik təchizatı şəbəkəsinə qoşulma üzrə Kommunikasiya Strategiyasının işçi qrup üzvləri tərəfindən təqdim olunmuş rəy və təkliflər nəzərə alınmaqla təkmilləşdirildiyi və təsdiq olunduğu bildirilib. Strategiyanın kütləvi informasiya vasitələrinin imkanlarından istifadə edilməklə geniş ictimaiyyətə təqdim olunması üzrə konkret planlara dair təkliflər təqdim olunub.

İşçi qrupun 2021-ci il üzrə fəaliyyətinin yekunları və Fəaliyyət Planında icrası tamamlanmamış tədbirlərin icra vəziyyəti müzakirə edilib. 2022-ci il üçün Fəaliyyət Planının layihəsinin Azərbaycan Respublikasının Biznes Mühiti və Beynəlxalq Reytinqlər üzrə Komissiyasına təqdim edildiyi bildirilib.

Elektrik təchizatı şəbəkələrinə qoşulma sahəsində aparılmış islahatlarla bağlı sahibkarlar arasında cari ilin IV rübündə keçirilmiş sorğunun yekunlarına dair təqdimat nümayiş olunub, əldə edilmiş nəticələr təhlil edilib və məmnunluğun artırılmasına dair atılmalı olan addımlar müəyyənləşdirilib.

İclasda Energetika Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “Azərişıq” ASC, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, “BHM” hüquq şirkətlərinin nümayəndələri iştirak ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.