İQTİSADİYYAT


Elektrik və sənaye qaz qurğularının istismarına icazə sənədini “Bakı KOB evi” təqdim edəcək

Elektrik və sənaye qaz qurğularının istismarına icazə sənədini “Bakı KOB evi” təqdim edəcək

Bakı, 6 fevral, AZƏRTAC

Sahibkarlar Energetika Nazirliyinin tabeliyində Enerji Məsələlərini Tənzimləmə Agentliyi tərəfindən göstərilən xidmətlər - gücü 150 kilovatdan yuxarı elektrik qurğularının istismarına buraxılış aktının və sənaye qaz qurğularının istismarına icazənin alınması üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) AZƏRTAC-a bildirilib ki, sözügedən xidmətlərə edilən müraciətlərə qanunvericilikdə müəyyən edilmiş müddət ərzində baxılaraq nəticəsinə dair yekun sənəd “Bakı KOB evi”ndə sahibkarlara təqdim olunur.

Qeyd edək ki, Nərimanov rayonu ərazisində yerləşən (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) “Bakı KOB evi”ndə sahibkarlara 50-yə yaxın dövlət və özəl qurum tərəfindən 250-dən çox xidmət göstərilir. Sahibkarlar biznesin qeydiyyatı, biznes fəaliyyəti zamanı lazım olan zəruri sənədlər (lisenziya və müxtəlif icazələr), vergi və gömrük məsələləri, kommunal xidmətlərə qoşulma, güzəştli maliyyə vəsaitlərinə çıxış, notariat, bank, sığorta, lizinq və digər xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.