İQTİSADİYYAT


Elektron Hökumətin İnkişafı Mərkəzinin hazırladığı “MyGov” sisteminin ilkin təqdimatı keçiriləcək

Bakı, 9 mart, AZƏRTAC

Martın 11-də Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yanında Elektron Xidmətlərin Təşviqi üzrə İctimai Şuranın növbəti toplantısında Elektron Hökumətin İnkişafı Mərkəzinin (eGov Mərkəzi) hazırladığı “MyGov” sisteminin ilkin təqdimatı keçiriləcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

“Bu sistem eGov portalında vətəndaşlarla bağlı “Şəxsi kabinet”in yaradılmasını və vətəndaşla əlaqəli bütün bildirişlərin, arayışların və digər məlumatların, həmçinin xidmətlərin buraya cəlb olunmasını nəzərdə tutur. “MyGov” sisteminin ictimaiyyət üçün geniş təqdimatının isə yaxın müddətdə keçirilməsi gözlənilir”, - deyə O.Gündüz bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.