CƏMİYYƏT


Elektron Hökumətin İnkişafı Mərkəzinin hesabat videosu təqdim olunub

Bakı, 14 iyun, AZƏRTAC 

Elektron Hökumətin İnkişafı Mərkəzi fəaliyyətinin 1 illiyi ilə bağlı videoçarx hazırlayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, videoçarxda mərkəz tərəfindən reallaşdırılan “myGov”, “e-gov”, “ASAN Viza”, “ASAN ödəniş”, “ASAN Login”, “ASAN Wifi” layihələri haqqında məlumat verilib. Həmçinin mərkəz tərəfindən hazırlanaraq aidiyyəti qurumlara təhvil verilmiş Elektron satınalmalar sistemi, Lisenziyalar və icazələr portalı, Elektron kənd təsərrüfatı portalı, ekspertizadan keçirilməsi tələb olunan tikinti obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi sistemi kimi layihələr əks olunub.

Qeyd edək ki, “Elektron Hökumətin İnkişafı Mərkəzi” publik hüquqi şəxsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il 14 mart tarixli 1885 nömrəli “Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında” Fərmanına əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılıb.

Mərkəz tərəfindən 1 il ərzində çoxsaylı layihələrin yaradılması və mövcud layihələrin inkişaf etdirilməsi istiqamətində bir sıra işlər görülüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.