İQTİSADİYYAT
Elektron Kredit Platforması üzərindən 3300-dən çox müraciət qeydiyyata alınıb
Bakı, 9 fevral, AZƏRTAC
İqtisadiyyat Nazirliyi tərəfindən yaradılmış Elektron Kredit Platforması üzərindən ötən il yeni biznes krediti sifarişi 949 milyon manat olan 3300-dən çox müraciət qeydiyyata alınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun (SİF) idarə heyətinin sədri Kənan Nəcəfov deyib.
O qeyd edib ki, bu müraciətlərdən kredit tələbatı 148 milyon manat olan 433-nə fond tərəfindən zəmanət verilib. Zəmanət verilmiş müraciətlər üzrə zəmanət məbləği 86,1 milyon manat təşkil edir. Zəmanəti qüvvəyə minmiş müraciətlər üzrə kredit məbləği 130 milyon manat, zəmanət məbləği isə 74,8 milyon manat olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [20:00]
Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib
- 25.04.2024 [19:38]
® “Bakcell” ilə innovasiya dövrü başlayır!
- 25.04.2024 [19:18]
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
- 25.04.2024 [18:40]