İQTİSADİYYAT


Elektron Təhlükəsizlik Mərkəzi “WordPress”in avtomatik yenilənmə siyasəti barədə xəbərdarlıq yayıb

Bakı, 24 avqust, Pərvanə Rəhimova, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi “WordPress”in avtomatik yenilənmə siyasəti barədə xəbərdarlıq yayıb.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, “WordPress” komandası “WordPress”in v3.7-v4.6 versiyaları üçün bütün “WordPress” saytlarının təxminən 11,7 faizinə təsir edən təhlükəsizlik problemlərini həll etmək məqsədilə yeni avtomatik yenilənmə siyasətini təqdim edəcək.

Qeyd edək ki, hazırda ən köhnə təhlükəsiz versiya v4.7-dir. Daha köhnə versiyalar zərərli skriptlərin inyeksiyası kimi bir çox zəifliyə həssasdır.

“WordPress” v3.7-ni əvvəlcə minimum dəstəklənən versiya olan v4.7-yə qədər, daha sonra v3.8-dən v4.6-ya qədər avtomatik yeniləməyi hədəfləyir. Sayt sahiblərinə bu avtomatik yeniləmə siyasətindən imtina etmək və ya öz saytlarını mexaniki şəkildə yeniləmək seçimi veriləcək.

Əgər veb-sayt avtomatik olaraq yenilənməzsə, proses geri qayıdır və sayt sahibi “WordPress”dən ən son versiyanı mexaniki yeniləməsi barədə məlumat verən elektron məktub alacaq.

Rəsmi yeniləmələr barədə “WordPress”dən elektron poçt vasitəsilə daha ətraflı məlumat üçün “https://wordpress.org/news” saytına daxil olmaq mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.