İQTİSADİYYAT


Elektron Təhlükəsizlik Xidməti: “Azərpoçt” adından saxta məktublar göndərilir

Bakı, 17 fevral, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti vətəndaşları “Azərpoçt” MMC adından göndərilən saxta məktublar barədə xəbərdar edir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, kiberdələduzlar tərəfindən göndərilən saxta məktubların məzmununda vətəndaşlara bağlamalarının çatdırılması üçün 10,2 AZN məbləğində gömrük rüsumu ödənilmədiyi deyilir və onlardan ödənişin icrası üçün saxta keçidə daxil olmaları tələb edilir. Daha sonra vətəndaş “Azərpoçt” adına açılan saxta sayta yönləndirilir və ondan kart hesabının məlumatları istənilir. Kart məlumatları təqdim edildikdə isə hesabda olan vəsait kiberdələduzların əlinə keçir.

Elektron Təhlükəsizlik Xidməti bu cür kiberdələduzluq hallarının qurbanına çevrilməmək üçün vətəndaşlara maksimum dərəcədə diqqətli olmağı, tanımadığı şəxslərdən gələn məktublarda göstərilən keçidlərə daxil olmamağı, fərdi məlumatlarını təqdim etməməyi, sorğunun doğruluğunu alternativ əlaqə vasitələrindən istifadə edərək yoxlamağı tövsiyə edir. Həmçinin vətəndaşlardan bu kimi hallarla üzləşdikdə “www.cert.az” saytı və ya “[email protected]” elektron poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə məlumat vermələri xahiş olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.