İQTİSADİYYAT


Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edib

Elektron Təhlükəsizlik Xidməti media qurumlarını xəbərdar edib

Bakı, 14 mart, AZƏRTAC

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) yanında Elektron Təhlükəsizlik Xidmətinin (ETX) məlumatına görə, son günlər media qurumlarına məxsus sosial şəbəkə və sosial media platformalarındakı hesabların ələ keçirilməsi halları müşahidə edilir.

RİNN-dən AZƏRTAC-a bildirilib ki, xidmətin apardığı ilkin araşdırma nəticəsində hesabların fişinq və digər hücumlar nəticəsində ələ keçirildiyi məlum olub. Bəzən istifadəçilərin e-poçt və sosial şəbəkə hesablarının mesaj bölməsinə şifrin dəyişdirilməsi, sosial şəbəkə və sosial media platformasında qayda və şərtlərin yenilənməsi ilə bağlı saxta keçidlər göndərilir. Həmin keçidlərə daxil olan istifadəçilərin hesab məlumatlarını qarşı tərəfə təqdim etmələri onların hesablarının oğurlanması ilə nəticələnir.

Elektron Təhlükəsizlik Xidməti istifadəçilərə sosial şəbəkə hesablarının və sosial media platformalarının təhlükəsizliyinin təmin olunması məqsədilə bunları tövsiyə edir:

– Şübhəli mənbələrdən göndərilən keçidlərə daxil olmayın;

– Çətin və unikal şifrlərdən (https://bit.ly/3LrQROW), eləcə də ikimərhələli autentifikasiyadan (https://bit.ly/3JAPJav) istifadə edin;

– Sosial şəbəkə hesabları vasitəsilə üçüncü tərəf tətbiqlərə və saytlara giriş imkanı verərkən diqqətli olun;

– İctimai və ortaq istifadə edilən cihazlarda sosial şəbəkə hesablarından çıxış edin.

Müvafiq təhlükə ilə qarşılaşan media qurumları “1654” qaynar xətti, www.cert.az saytı və [email protected] e-poçt ünvanı vasitəsilə Elektron Təhlükəsizlik Xidmətinə müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.