ELM VƏ TƏHSİL


Elektron cəmiyyət üzrə 17-ci beynəlxalq konfrans keçiriləcək

Bakı, 10 yanvar, AZƏRTAC 

Aprelin 11-dən 13-dək Niderlandın Utrext şəhərində e-cəmiyyət üzrə 17-ci beynəlxalq konfrans keçiriləcək. Tədbir informasiya cəmiyyətində (İC) narahatlıq doğuran əsas problemlərin həllinə dəstək məqsədi daşıyır və İC-nin texniki aspektləri ilə yanaşı, digər aspektlərini də əhatə edir.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildiriblər ki, tədbirdə e-dövlət, e-biznes, texnologiya və cəmiyyət, rəqəmsal xidmətlər, e-təlim, yeni media və e-cəmiyyət, e-səhiyyə, informasiya sistemləri, informasiyanın menecmenti istiqamətlərində müzakirələr aparılacaq.

Qeyd edək ki, konfransın materialları “Elsevier”, “Scopus”, “Web of Science”, “EBSCO” və s. nüfuzlu beynəlxalq bazalarda indeksləşəcək. Seçilmiş məqalələr isə “Interactive Technology and Smart Education (ITSE) journal” və “IADIS International Journal on Www/Internet”də dərc ediləcək.

Məqalələr fevralın 8-dək qəbul olunur.

Ətraflı məlumatı www.esociety-conf.org saytından əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.