İQTİSADİYYAT


“Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda ictimai təqdimat keçiriləcək

Bakı, 15 aprel, AZƏRTAC

Aprelin 18-dən etibarən çıxarışların verilməsi elektron müstəviyə keçəcək. Artıq kağız çıxarış dövrünə son qoyulur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən AZƏRTAC-a bildirilib ki, bununla bağlı aprelin 16-da “Elektron çıxarışın üstünlükləri və xüsusiyyətləri” mövzusunda ictimai təqdimat keçiriləcək. Məqsəd operativ istifadə imkanları olan elektron çıxarışa tam keçidin üstünlükləri, onun vətəndaşlar üçün yaratdığı fürsətlər barədə ictimaiyyəti məlumatlandırmaqdır.

Təqdimatda Dünya Bankının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, əmlak ekspertləri və media nümayəndələri iştirak edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.