ELM VƏ TƏHSİL


Elektron demoqrafiyanın formalaşması mexanizmləri işlənilir

Bakı, 3 iyun, AZƏRTAC

Demoqrafik proseslərin idarə edilməsi, məqsədyönlü demoqrafik siyasətin həyata keçirilməsi üçün elektron demoqrafiya sisteminin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

AZƏRTAC xəbər verir ki, bu barədə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev “Elektron demoqrafiyanın formalaşması mexanizmlərinin işlənilməsi” mövzusunun müzakirəsinə həsr olunan növbəti onlayn elmi seminarda məlumat verib. Alim e-demoqrafiya sisteminin sosial tədqiqatların və əhaliyə dair məlumatların monitorinqinin aparılmasında, onlayn siyahıyaalmada, demoqrafik proseslərin dərindən təhlil olunmasında effektiv vasitə olduğunu qeyd edib.

İclasda demoqrafik tədqiqatların aparılması sahəsində mövcud təcrübənin araşdırılması, e-demoqrafiya sistemində dövlət reyestrlərinin rolu, bu sistemin formalaşdırılması mexanizmləri barədə məlumat verilib. Həmçinin e-demoqrafiya sisteminə transfer olunan əsas fərdi xarakteristikalar, e-demoqrafiya sisteminin istifadə oluna biləcəyi sahələr, demoqrafik verilənlərin analizi üçün modelin işlənməsi və s. məsələlər haqqında danışılıb. Qeyd olunub ki, demoqrafik tədqiqatların aparılması sahəsində beynəlxalq təcrübə araşdırılıb.

Məruzə ilə bağlı fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.