ELM VƏ TƏHSİL


Elektron dövlət-vətəndaş platformasında məlumatların intellektual analizi üçün metod və alqoritmlər işlənilib

Bakı, 28 aprel, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında elektron dövlət-vətəndaş platformasında məlumatların intellektual analizi üçün metod və alqoritmlərin işlənilməsi” mövzusunda dissertasiya işi təqdim edilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Elmi işçi Günay İskəndərli mövzunun aktuallığı, tədqiqatın məqsədi, obyekti, elmi yeniliyi və s. haqqında məlumat verib. O qeyd edib ki, dissertasiya işinin məqsədi e-dövlətin təhlükəsizlik səviyyəsinin və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi üçün sosial şəbəkə və mətnlərin intellektual analizinin araşdırılması, bu mühitdə səmərəli qərarların qəbulunu dəstəkləyən sistemlər üçün yeni yanaşmalar, metod və alqoritmlərin təklif edilməsidir.

Dissertasiya işində əldə olunmuş elmi nəticələri təqdim edən G.İskəndərli tədqiqat zamanı e-dövlətin inkişafının və analizinin əsas problemlərinin müəyyən olunduğunu diqqətə çatdırıb. Bildirib ki, e-dövlətdə terrorizmlə əlaqəli məqalələrin aşkarlanması və fəaliyyət göstərən gizli sosial şəbəkələrin analizi üçün metod və alqoritm işlənilib.

Sonra dissertasiya işi ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.