ELM VƏ TƏHSİL
Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunması sentyabrın 1-dən başlanır
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.
Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, ərizələrin onlayn qeydiyyatı ölkə üzrə bütün şəhər və rayonları əhatə edir. Məktəblərdə təşkil olunmuş məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2017-ci il təvəllüdlü) uşaqlar qəbul edilir. Yaşayış ərazisindəki məktəbdə məktəbəhazırlıq qrupu təşkil olunmadığı halda, uşaqlar digər məktəbdə yaradılan məktəbəhazırlıq qrupuna qəbul edilə bilər. Elektron ərizəsi qeydiyyata alınan şəxslər üçün sənədlərin məktəbə təqdim olunma müddəti 2022-ci il sentyabrın 1-dən başlayır və sentyabrın 26-da başa çatır.
Xatırladaq ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. Qeydiyyat prosesi sentyabrın 14-də yekunlaşacaq.