İQTİSADİYYAT


“Elektron hökumət” portalına daxil olanların sayı 852 min 585 nəfərə çatıb

Bakı, 10 sentyabr (AZƏRTAC). Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi “Elektron hökumət” portalına daxilolmaların növbəti statistikasını təqdim edib.

Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, avqustun 31-nə olan məlumata görə, portala 2 milyon 157 min 77 daxilolma qeydə alınıb. Müraciət edənlərin ümumi sayı isə 852 min 585 nəfərdir. Portala təkrar müraciət edənlər də vardır. Ümumi müraciətlərin 39,6 faizini yeni istifadəçilər, 60,4 faizini təkrar müraciət edənlər təşkil edir.

Avqust ayında isə portala 543 min 544 daxilolma qeydə alınıb və müraciət edənlərin ümumi sayı 198 min 690 nəfər olub. Bunların da 25 faizi yeni istifadəçilər, 75 faizi isə təkrar müraciət edənlərdir. Portala daxil olmaq üçün sadələşdirilmiş kod-parol alan istifadəçilərin sayı 120 min 253 nəfərə çatıb.

Azərbaycanda yaşayan və şəxsiyyət vəsiqəsinə sahib olan istənilən vətəndaş kod-parol əldə edə bilər. Portal üzərindən 365 xidmət istifadəyə verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.