İQTİSADİYYAT


“Elektron hökumət”in inkişafına dair Dövlət Proqramı” hazırlanır

Bakı, 11 dekabr, AZƏRTAC

“2014-2016-cı illərdə dövlət orqanlarında elektron xidmətlərin genişləndirilməsi və “Еlektron hökumət”in inkişafına dair Dövlət Proqramı” hazırda aidiyyəti qurumlarla razılaşdırılma mərhələsindədir.

Bu barədə AZƏRTAC-a Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Proqramının məqsədi “elektron hökumət”in formalaşdırılması və elektron xidmətlərin təkmilləşdirilməsi istiqamətində ölkədə indiyədək aparılmış işlərin davam etdirilməsi, müasir informasiya cəmiyyətinin tələblərinin təmin edilməsidir.

Hazırlanmaqda olan Dövlət Proqramında bir sıra məsələlərin həlli nəzərdə tutulur. Burada dövlət orqanlarının informasiya sistemləri və ehtiyatları arasında məlumat mübadiləsi prosesinin təkmilləşdirilməsi (vahid informasiya fəzasının yaradılması), modern və çevik idarəetmənin təmin olunması, bürokratiyanın aradan qaldırılması ilə “hökumət-vətəndaş” münasibətlərində yeni müstəviyə keçidin təmin edilməsi, əhaliyə elektron xidmətlərin göstərilməsinin keyfiyyətinin artırılması və s. yer alıb.

Dövlət Proqramının həyata keçirilməsi nəticəsində normativ hüquqi baza formalaşdırılacaq, dövlət orqanlarının informasiya ehtiyatlarının elektron formaya keçirilməsi sürətləndiriləcək, dövlət informasiya ehtiyatlarının və sistemlərinin yaradılması, inteqrasiyası və təhlükəsizliyi təmin ediləcək, vahid informasiya fəzası formalaşdırılacaq, “Elektron hökumət” portalının işi təkmilləşdiriləcək, e-xidmətlərdən istifadə sadələşdiriləcək və dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqi genişləndiriləcək, informasiya texnologiyaları vasitəsilə dövlət orqanları tərəfindən e-xidmətlərin həyata keçirilməsi nəticəsində izafi xərclər ixtisar ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.