ELM VƏ TƏHSİL


Elektron idarəetmə sahəsində veb-analitika texnologiyalarının tətbiqi məsələləri araşdırılıb

Bakı, 26 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda elektron idarəetmə sahəsində veb-analitika texnologiyalarının tətbiqi məsələləri araşdırılıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi işçi Yusif Sadıyev seminarda e-idarəetmədə məlumatların toplanması, veb-analitikanın rolu, e-idarəetmənin tətbiq sahələri və analitika problemləri haqqında məlumat verib.

Məruzəçi bildirib ki, e-idarəetmə dövlət daxilində informasiya axınını artırmaqla dövlətin idarə edilməsinin təkmilləşdirilməsi üçün informasiya texnologiyalarının istifadəsini ehtiva edir.

O, e-idarəetmədə məlumatların toplanması sxemini təqdim edib. Qeyd olunub ki, e-dövlətin veb-infrastrukturu dövlət sektorunda fəaliyyət göstərən hər bir qurumun veb-resursu əsasında formalaşır.

Y.Sadıyev bildirib ki, ölkənin milli domen zonasında veb-resursların analitikasının aparılması onun milli təhlükəsizlik məsələsi ilə birbaşa bağlıdır. Bu sahədə təcrübəsi olan qabaqcıl ölkələr öz statistika sistemlərinin qurulmasına böyük əhəmiyyət verir. Veb-resursa yerləşdirilmiş sensorlar vasitəsilə ilkin məlumatlar toplanılır və yaxud kənar platformaların milli maraqların tələblərinə uyğun olaraq statistikası aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.