ELM VƏ TƏHSİL


Elektron informasiya resurslarına əlçatanlığın təmin olunmasına dair seminar-treninq

Elektron informasiya resurslarına əlçatanlığın təmin olunmasına dair seminar-treninq

Bakı, 17 mart, AZƏRTAC

Bakı Dövlət Universitetinin (BDU) Elmi Kitabxanasının təşkilatçılığı ilə Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) yaradılmasının 20 illiyinə həsr olunmuş “Elektron informasiya resurslarına əlçatanlığın təmin olunması” mövzusunda növbəti seminar-treninq keçirilib.

Bu barədə AZƏRTAC-a BDU-dan məlumat verilib.

ADU-nun Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin direktoru Cəmilə Əliyeva Az.KİK-in 20 ildə əldə etdiyi uğurlar və konsorsium üzvlərinə xidmət, EBSCOhost şirkətinin elektron resurslarından istifadə haqqında məlumat verib.

Bakı Amerika Mərkəzinin direktoru Şəhla Xudiyeva mərkəzin yaranması, fəaliyyəti haqqında iştirakçıları məlumatlandırıb.

EBSCO şirkətinin MDB ölkələri üzrə direktoru Andrey Sokolov EBSCO admin - inzibatçının funksionallığına ümumi baxış, statistika, avtorizasiya, tam mətnə istinadlar, elmi məlumat bazalarında üslublar, elektron resursların populyarlaşdırılmasında qabaqcıl təcrübələrin təqdimatı və onlardan istifadənin səmərəliliyi ilə bağlı problemlərin müzakirəsinə dair interaktiv formada təlim-treninq keçirib.

“Emerald” nəşriyyatının Türkiyə və Mərkəzi Asiya üzrə satış meneceri Mine Tonta təmsil etdiyi nəşriyyatın resursları, məqalə çapı üçün jurnal seçimi, qoyulan tələblər, nəşriyyatın “Open Access” jurnalları haqqında danışıb.

Sonda BDU Elmi Kitabxanasının direktoru Nigar İsmayılova ADU Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin və Bakı Amerika Mərkəzinin rəhbərliyinə tədbirin keçirilməsinə şərait yaratdıqları üçün minnətdarlığını bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.