CƏMİYYƏT


Elektron kənd təsərrüfatı layihəsi çərçivəsində növbəti təlimlər keçirilib

Bakı, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də Kənd Təsərrüfatı Nazirliyində Avropa İttifaqının “Elektron kənd təsərrüfatı komponentinin icrası və prosedurların həyata keçirilməsi zamanı benefisiara dəstəyin verilməsini nəzərdə tutan texniki yardım” layihəsi çərçivəsində beynəlxalq ekspertlər tərəfindən nazirliyin müvafiq şöbələrinin və tabeli qurumlarının 30 əməkdaşı üçün növbəti təlimlər keçirilib.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təlimdə “Nazirliyin İKT strategiyasının” və “İnformasiya sistemləri üçün funksional tələblərin hazırlanması”, “Subsidiya və siyasətə dair informasiya sisteminin (SSİS) proqram təminatının yenilənməsi, satınalmanın təşkili və SSİS proqram təminatının təsdiqlənməsi prosesləri”, “Açıq məlumat siyasətinə dair məlumatlılığın artırılması” və “Məlumatların yayılması və mənimsənilməsi” mövzularında təqdimatlar və müzakirələr olub.

Layihənin Niderland, Litva və İtaliyadan olan beynəlxalq ekspertləri Tomas Orlickas, Andre Kvitovski və Rudy Favaro təlim iştirakçıları ilə təcrübələrini bölüşüblər. Həmçinin onların dəvəti ilə proqram təminatçısı Abaco şirkəti də öz fəaliyyəti barədə təqdimatla çıxış edib, müzakirələr aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.