Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Elektron məhkəmə” sistemi bu gündən bütün ölkəni tam əhatə edir

Şəmkir, 2 iyun, AZƏRTAC

Təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları müasir çağırışlara uyğun davam edir, bu sahədə beynəlxalq təşkilatlarla, o cümlədən Dünya Bankı ilə səmərəli əməkdaşlıq edilərək uğurlu layihələr həyata keçirilir.

Dövlət başçısının ədalət mühakiməsinə əlçatanlığın asanlaşdırılması, məhkəmə fəaliyyətinin elektronlaşdırılması ilə bağlı tapşırıqlarına uyğun olaraq Dünya Bankının iştirakı ilə “Elektron məhkəmə” informasiya sisteminin yaradılması üzrə əməli işlər görülüb və e-məhkəmənin bütün respublika üzrə tam tətbiqi başa çatdırılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə iyunun 2-də Şəmkir Rayon Məhkəməsində “Elektron məhkəmə” informasiya sisteminin ölkə üzrə tam tətbiqinin yekun mərasimi keçirilib.

Tədbirdə ədliyyə naziri Fikrət Məmmədov, Dünya Bankının Avropa və Mərkəzi Asiya regionunda idarəçilik departamentinin müdiri Daniel Boyce, Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Ədliyyə Nazirliyinin və Dünya Bankının aidiyyəti rəhbər işçiləri, yuxarı və birinci instansiya məhkəmələrinin sədr və hakimləri, regional və yerli ədliyyə qurumlarının məsul əməkdaşları, prokurorlar, vəkillər, hüquq mühafizə orqanlarının təmsilçiləri, vətəndaş cəmiyyəti institutları və media iştirak ediblər. Eyni zamanda, digər aidiyyəti məhkəmələr tədbirə videokonfrans formatında onlayn qoşulublar.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Şəmkir rayonunda abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsi dərin ehtiramla yad edilib. Dünya Bankı ilə birgə və dövlət büdcəsi hesabına inşa edilmiş müasir məhkəmə binaları və komplekslərinə dair stendlərlə tanışlıq olub. Şəmkir Rayon Məhkəməsinin “Elektron məhkəmə” sisteminə rəmzi düymə basılaraq qoşulması ilə bütün respublika üzrə bu sistemin tam tətbiqi təmin edilib.

Mərasimdə Dünya Bankı ilə ədliyyə sahəsində həyata keçirilən birgə layihələr və əldə olunan nailiyyətlər barədə məlumat verilib, əməkdaşlığa və məhkəmə-hüquq islahatlarına dair videoçarx nümayiş etdirilib.

Çıxış edən nazir bildirib ki, tədbirin 100 illiyini qeyd etdiyimiz Ümummilli Liderin xalqın tələbi ilə hakimiyyətə qayıdışının və Milli Qurtuluş Gününün 30-cu ildönümünə təsadüf etməsi onu ikiqat əlamətdar edir. Dahi şəxsiyyətin misilsiz xidmətlərindən və xilaskarlıq missiyasından bəhs edilərək, demokratik hüquqi dövlət quruculuğunda, yeni 3 pilləli müstəqil məhkəmə-hüquq sisteminin bərqərar edilməsində müstəsna rolu vurğulanıb.

Nazir Ulu Öndərin yolu ilə gedən müasir Azərbaycan dövlətinin Prezident İlham Əliyevin rəhbərliyi ilə hərtərəfli tərəqqisini, ölkəmizin nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən Dünya Bankının Doing Business hesabatlarında yüksək reytinqlərə nail olduğunu qeyd edib, müasir çağırışlara uyğun aparılan məhkəmə-hüquq islahatlarından, bu sahədə Dünya Bankı ilə səmərəli əməkdaşlıqdan danışıb.

Bildirib ki, dövlət başçısının rəhbərliyi ilə aparılan islahatların mütərəqqiliyi nüfuzlu beynəlxalq qurumların, o cümlədən Dünya Bankının diqqətini cəlb edib. Bununla əlaqədar Dünya Bankı dəstək göstərmək təşəbbüsü irəli sürərək, 2006-cı ildən ədliyyə sahəsində birgə uğurlu layihələr həyata keçirilib və mühüm nailiyyətlər əldə olunub.

Ötən dövrdə Dünya Bankı ilə əməkdaşlıqda paytaxtda və bölgələrdə 35 məhkəmə üçün müasir bina və komplekslər inşa olunaraq istifadəyə verilib. Bu məhkəmələrin əksəriyyətinin ölkə Prezidenti tərəfindən şəxsən açılışının həyata keçirilməsi məhkəmə hakimiyyətinə verilən müstəsna dəyərin bariz təzahürüdür.

“Dünya Bankı ilə həyata keçirilən layihələr çərçivəsində 320 məhkəmə zalı zəruri elektron avadanlıqla təchiz olunaraq onların hamısı hi-tech məhkəmələrə çevrilib. Onlardan köhnə binalarda olan 110-dan çox zal isə tam yenidən quraşdırılıb”, – deyən nazir F.Məmmədov dövlət başçısının “Elektron məhkəmə informasiya sisteminin yaradılması haqqında” Sərəncamına uyğun olaraq bu sahədə işlərin mütəşəkkil və intensiv aparıldığını bildirib.

Bu gün tətbiq olunan “Elektron məhkəmə” sistemi vasitəsilə məhkəməyə müraciət edilməsindən qərarın icrasına qədər bütün proses əhatə olunur. İddianın verilməsi, onun qeydiyyatı, rüsumların ödənilməsi, işlərin hakimlər arasında bölüşdürülməsi, tərəflərin dəvət edilməsi, elektron kabinetlərin yaradılması və onun vasitəsilə proses barədə məlumatların və məhkəmə sənədlərinin əldə edilməsi, habelə şikayətlərin verilməsi və s. məsələlər elektron sistem vasitəsilə həyata keçirilir.

Şəffaflığın təmini məqsədilə proseslərin audio-video yazısının aparılması, onların videokonfrans vasitəsilə keçirilməsi imkanının yaradılması, bəzi kateqoriya işlərin, o cümlədən artıq 4 ildir ki, kommersiya işlərinin yalnız elektron qaydada aparılması təmin edilib. E-məhkəmə sistemi ədalət mühakiməsinin səmərəliliyinin artırılması məqsədilə müxtəlif məhkəmə monitorinqlərinin keçirilməsinə, məhkəmə statistikasının elektron qaydada və dolğun aparılmasına şərait yaradıb. Həmçinin vətəndaş məmnunluğunun və sistemin imkanlarından geniş istifadənin təmin edilməsi məqsədilə onun mobil versiyası yaradılıb.

Nazir hazıradək Bakı, Sumqayıt, Şəki və Naxçıvan Muxtar Respublikası apellyasiya məhkəmələrinin yurisdiksiyasına aid məhkəmələrdə e-məhkəmənin tətbiqini qeyd edərək, bu gündən digər – Gəncə və Şirvan apellyasiya məhkəmələrinin yurisdiksiyasına daxil olan bütün məhkəmələrin qoşulması ilə “Elektron məhkəmə” informasiya sisteminin ölkəni tam əhatə edildiyini vurğulayıb, bu münasibətlə iştirakçıları, hakim korpusunu təbrik edib.

Dünya Bankının departament müdiri D.Boyce çıxış edərək “Elektron məhkəmə” sisteminin ölkə üzrə tam tətbiqi münasibətilə Azərbaycanı təbrik edərək mürəkkəb bir prosesin uğurla həyata keçirilməsini böyük və tarixi nailiyyət kimi dəyərləndirib. Bildirib ki, bəzi dövlətlərdə ədliyyə sisteminin müasirləşdirilməsi prioritet olmadığı halda, Azərbaycanda bu sahədə çox böyük işlər görülüb.

Qonaq ədliyyə sisteminin inkişafını ölkənin ümumi tərəqqisinin tərkib hissəsi olduğunu vurğulayaraq, əsas məqsəd vətəndaşların ədalət mühakiməsinə əlçatanlığının asanlaşdırılmasıdır.

D.Boyce Avropa və Mərkəzi Asiya regionunda Azərbaycanın ədliyyə sistemində vətəndaş məmnunluğuna görə ən öndə getdiyini vurğulayıb, ölkəmizin məhkəmə-hüquq sistemində uğurlu yol keçərək bu sahədə islahatlar aparan ən qabaqcıl dövlətlərdən olduğunu bildirib. Qeyd edib ki, artıq Azərbaycan Dünya Bankı tərəfindən keçirilən və digər beynəlxalq tədbirlərdə məhkəmə-hüquq sahəsindəki müsbət təcrübələrini beynəlxalq ictimaiyyətlə bölüşür. Ölkəmizin beynəlxalq təşkilatlarda, o cümlədən Avropa Şurasının Səmərəliliyi üzrə Avropa Komissiyasında (CEPEJ) fəal üzvlüyü yaxşı təcrübələrin paylaşılmasına imkan yaradıb.

Dünya Bankının təmsilçisi layihə çərçivəsində inşa olunmuş Gəncə Şəhər Məhkəməsinin binası ilə yenicə tanış olaraq 10 il əvvəl istifadəyə verilmiş binada saxlanılan müasir şəraiti və “Elektron məhkəmə” sisteminin tətbiqini yüksək qiymətləndirib.

O, Azərbaycanla ədliyyə sahəsində layihələrin davam etdiyini, süni intellekt və digər innovativ texnologiyaların tətbiqi üzrə işləri qeyd edərək bütün bu proseslərin ədliyyə xidmətlərinin daha yüksək səviyyədə həyata keçirilməsinə yönəldiyini diqqətə çatdırıb.

Vətəndaş cəmiyyəti nümayəndələri çıxış edərək elektron məhkəmə sisteminə tam keçidin məhkəmələrə əlçatanlığı asanlaşdırdığını, ədalət mühakiməsinin səmərəliliyinin artırılmasına xidmət etdiyini bildirib, ədliyyə sahəsində səmərəli ictimai iştirakçılıqdan məmnunluqlarını ifadə edərək nazirliklə vətəndaş cəmiyyəti arasında əməkdaşlığı təqdir ediblər.

Onlar ədliyyə və məhkəmə-hüquq islahatlarını daim izlədiklərini bildirərək, bu sahədə yeniliklərin vətəndaş məmnunluğuna, şəffaflığa və əlçatanlığa xidmət etdiyini vurğulayıblar.

Tədbirdə qeyd olunub ki, dövlət başçısının “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası çərçivəsində qanunvericiliyə konseptual dəyişikliklər edilib, cəza siyasəti humanistləşdirilib, “Elektron məhkəmə” informasiya sisteminin funksionallığı artırılıb, mediasiyanın tətbiqi, məhkəmə rüsumlarının diferensiasiyası təmin olunub. Yeni kommersiya və inzibati məhkəmələr təsis edilib.

Məhkəmə islahatlarımız beynəlxalq aləmdə təqdir olunur. Avropa Şurasının hesabatlarına əsasən məhkəmələrin səmərəlilik göstəricilərinə görə Azərbaycan bir çox Avropa dövlətlərini qabaqlayıb. Məhkəmələrdə işlərə baxılması tezliyinə və informasiya texnologiyalarının geniş tətbiqinə görə orta Avropa rəqəmlərini xeyli üstələyib. İT-nin inkişaf səviyyəsinə görə isə 49 ölkə sırasında 14-cü yerdə qərarlaşıb.

Bu gün ən əsas vəzifələrdən biri hüquq institutlarının fəaliyyətini Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində Böyük Qələbəmizlə azad edilmiş torpaqlarımızda layiqincə təmin etməkdir.

İşğal dönəmində büsbütün dağıdılmış ərazilərimizdə hazırda dövlət başçısının bilavasitə rəhbərliyi ilə infrastruktur sürətlə təzədən qurulur. Ulu Öndərin adını daşıyan Fondun rəhbəri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə və fəal iştirakı ilə həmin torpaqlar günbəgün abadlaşır, qədim abidələrimiz, mədəni irsimiz bərpa olunur.

Görülən işlər nəticəsində həmin ərazilərdə də milli hüquq institutlarının tezliklə fəaliyyətə başlaması təmin ediləcək.

Tədbir çərçivəsində ədliyyə naziri tərəfindən Dünya Bankının təmsilçiləri ilə keçirilmiş ikitərəfli görüşdə əməkdaşlığın perspektivləri müzakirə olunub. Qonaqlar qarşılıqlı fəaliyyətin davam etdirilməsi ilə bağlı niyyətini ifadə edib, Azərbaycanın hüquq sistemindəki təcrübəsinə beynəlxalq aləmdə böyük maraq olduğunu bildirərək, Bank tərəfindən ölkəmizin nailiyyətləri barədə digər dövlətlərdə təqdimatların keçirilməsini qeyd ediblər.

Söhbət zamanı azad edilmiş ərazilərimizin bərpasına toxunularaq, bu prosesə ciddi əngəl törədən torpaqlarımızın büsbütün, hətta müharibədən sonra minalanması qeyd olunub, 300-dən çox şəxsin minaya düşərək yaralandığı, o cümlədən 57 nəfərin həlak olduğu bildirilib, bununla bağlı texniki dəstəyin əhəmiyyəti diqqətə çatdırılaraq qonağa xüsusi broşür təqdim edilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Müəlliflə əlaqə

Latviyada tanınmış Azərbaycan rəssamının sərgisinin açılışı olub

Batumidə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş fotosərgi açılıb

İtaliya şirkətinin nümayəndəsi: Konqres bizə Azərbaycanda yeni tərəfdaşlar tapmağa imkan yaradır

Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinlənilib

MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb VİDEO

TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən mötəbər platformadır

"Azərkosmos" rəsmisi: Kosmik sahəyə edilən yatırımlar gələcəyə edilmiş yatırımlardır

Nazir Ceyhun Bayramov: Azərbaycan qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenlik çərçivəsində Ermənistanla sülh quruculuğunda maraqlıdır

Bakıda "SPACE 2030: Qlobal Kosmos İqtisadiyyatında Siyasət və Strategiyalar" mövzusunda sessiya işə başlayıb

Bakıda 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində sərgi təşkil olunub
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərginin açılışında iştirak ediblər YENİLƏNİB

“Uşaqların informasiya təhlükəsizliyi: problemə kompleks yanaşma” mövzusunda konfrans keçirilib

Ceyhun Bayramov Latviyanın Azərbaycana yeni təyin edilmiş səfiri ilə görüşüb

İraq mətbuatında Qarabağ barəsində məqalə dərc olunub

Yan Kubik: Çexiya dost Azərbaycanla əlaqələri bundan sonra da inkişaf etdirəcək

Xankəndi şəhərindəki poliklinikada ilk erməni sakinə zəruri tibbi xidmət göstərilib VİDEO

Bakı Konqres Mərkəzində 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimi keçirilib
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər YENİLƏNİB-4 VİDEO

Elisso Bolkvadze: Böyük tarixi şəxsiyyət Heydər Əliyevə həsr edilmiş sərginin və muğam gecəsinin təşkili bizim üçün olduqca mühümdür

Astronavtika Konqresinin Bakıda keçirilməsi həm də Azərbaycana olan etimadın göstəricisidir - ŞƏRH

“Dövlət qulluğunda korrupsiyaya qarşı mübarizə və etik davranış qaydalarının praktiki tətbiqi məsələləri” - təlim

Azərbaycanda daha 4 Bilim mərkəzi açılacaq VİDEO

Nazir Rəşad Nəbiyev “Roskosmos”un baş direktoru ilə görüşüb

“Canlı orqanizmlərin bəzi patoloji proseslərinin yeni nəsil inhibitorları” adlı monoqrafiya çap olunub

Belarusda Azərbaycanın ilk hərbi təyyarəçisi anılıb

Azərbaycanlı pilotlar və texniklər bütün dünyaya türkün gücünü göstərdilər

Qarabağ bölgəsində müsadirə edilmiş döyüş texnikası, silah və sursat- SİYAHI

İran XİN Türkiyə Prezidentinin Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirib

İordaniyalı mühəndis: Azərbaycan Milli Aerokosmik Agentliyində keçdiyim təcrübə mənim üçün fərq yaradacaq

“QS Quacquarellı Symonds” Reytinq Agentliyi BDU-nun əməkdaşları üçün təlim keçirib

UNEC-in 41 tələbəsi “PAŞA Holdinq”in əlaçı təqaüdünü qazanıb

AZAL Bakı-Minsk-Bakı marşrutu üzrə ilk reysini yerinə yetirib

Tanınmış astronavtlar BDU-nun tələbə və gənc tədqiqatçıları ilə görüşəcəklər

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Ukraynalı uşaqlar Qəbələ Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətlərinə cəlb olunublar

Uzun Həsən Bayandurun 600 illiyi münasibətilə elmi forum keçirilib

Qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Ermənilər tərəfindən məscidlərimizin təhqir edilməsi barədə növbəti faktlar üzə çıxıb

Tezliklə “Akıncı” pilotsuz uçuş aparatları Azərbaycana təhvil veriləcək

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə direktor təyin olunub

Prezident Administrasiyasının şöbə müdiri Fərəh Əliyeva üçüncü “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb

Zəfərimizə kölgə salan hər bir şəxsin aqibəti Ruben Vardanyan kimi olacaq – AÇIQLAMA

Sentyabrın 25-dən oktyabrın 1-dək Azərbaycanda COVID-19 əleyhinə vaksin vurulmayıb

Ötən həftə Azərbaycanda COVID-19 infeksiyasına 380 yoluxma faktı qeydə alınıb

Kahramanmaraşın bələdiyyə sədri: Azərbaycan məhəlləsində inşa edilən mənzillər dördmərtəbəli olacaq

“Bayraktar Teknoloji Azərbaycan”da 20-yə qədər yerli mütəxəssis fəaliyyət göstərir

“Qarabağ”ın legioneri Liviya və Serbiya yığmaları ilə oyunlara dəvət alıb

AYNA növbəti elektron xidməti istifadəyə verib

MİDA-nın rəsmisi: Azərbaycanda 7 il ərzində 8463 ailə mənzillə təmin edilib

ABŞ-ın Puerto-Riko Dövlət Universitetinin professoru BDU-da elmi seminar keçirib

Bir sıra ölkələrdən heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub

® “Nar” metroda şəbəkəsini gücləndirir

Prezident İlham Əliyev Anqlikan Kilsəsinin dini rəhbərini qəbul edib YENİLƏNİB VİDEO

Oktyabrın 3-nə olan USD/AZN rəsmi məzənnəsi

Şəhidlərə həsr olunmuş daha iki kitabın təqdimatı keçirilib

BDU-nun şəhid məzunu Ceyhun Şalıyevin məzarı ziyarət olunub

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə sərgi təşkil edilib

Zaqatalada qumbaranın partlaması nəticəsində iki nəfərin ölməsi ilə bağlı cinayət işi başlanılıb

Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin XI sessiyasının ilk iclası keçirilib

Emin Hüseynov: Azad edilmiş ərazilərimizdə sakinlərin məskunlaşması üçün çevik bərpa işləri aparılır

YARAT Müasir İncəsənət Mərkəzində Şəmistan Əlizamanlı ilə görüş təşkil olunub

İlon Mask Beynəlxalq Astronavtika Konqresində fərdi nominasiyada qalib elan olunub

Bəstəkarlar İttifaqında Ümummilli Liderin 100 illiyinə həsr olunmuş növbəti tədbir keçirilib

Bişkekdə Türk dünyasının görkəmli oğlu Heydər Əliyev haqqında kitab çap edilib

Sahibkarlarla növbəti görüş Salyan rayonunda keçiriləcək

“Gəncə” voleybol klubu argentinalı məşqçi ilə anlaşıb

Azərbaycan və Mərakeş parlamentləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

AzMİU tələbələri Türkiyənin Ege və Bursa Uludağ universitetlərində təhsil alacaqlar

Səyyar “ASAN xidmət” avtobusu Yevlaxda

Çin energetika sektoruna investisiyaların həcmini 13,7 trilyon dollara çatdıracaq

“Zaqatala AGRO İndustry” MMC-nin emal məntəqəsində indiyədək 251,5 ton quru tütün istehsal edilib

ADPU-da seminar: Heydər Əliyev - elm və təhsilin inkişafı

MN: Qarabağ bölgəsində 123 mina aşkar edilərək zərərsizləşdirilib VİDEO

Abşeronda baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb

Milli Məclisin növbəti iclasının vaxtı müəyyənləşib

“Zəngəzur toponiminin qədim etnogenez tarixi” kitabının təqdimatı olub

Haysam Əl-Qays: OPEC xam neftə tələbatın artması məsələsində nikbindir

257 nömrəli məktəbdə məktəbəhazırlıq qrupları ilə əlaqədar tədbir keçirilib

Azərbaycanda kosmik sənayenin inkişafı dövlət gəlirlərinin artırılması baxımından vacibdir

“Polis haqqında” Qanuna hansı dəyişikliklər təklif edilib?

DSX: Sentyabr ayında sərhəd rejim qaydalarını pоzduqlarına görə 912 nəfər saxlanılıb

Peşə məktəblərində ödənişli oxuyan müharibə veteranlarının təhsil haqqı dövlət tərəfindən ödəniləcək

Yuval Noah Harari: Süni intellektdən daha təhlükəsiz şəkildə necə istifadə edəcəyimizi düşünməliyik

Bu il ölkəmizdə 25 hektar meşə ərazisi yanğından zərər görüb

Lənkəranda baş verən qəzada 5 nəfər xəsarət alıb

Azad edilmiş ərazilərdə ötən ay 909 partlamamış hərbi sursat aşkarlanıb

Əməkdar mədəniyyət işçisi Fərhad Babayev vəfat edib

Azərbaycan millisinin voleybolçusu Rumıniyada kubok qazanıb

Anqlikan Kilsəsinin dini rəhbəri Azərbaycanın dinə sekulyar yanaşmasını müsbət hal kimi dəyərləndirib

Fransada 35 dərəcə istilər gözlənilir

“Heydər Əliyev İli” çərçivəsində Masallıda seminar təşkil edilib

Bakı ilk dəfə Ümumdünya Məskunlaşma Gününə ev sahibliyi edib

ADNSU-da tədrisin müasirləşdirilməsi ilə bağlı müzakirələr aparılıb

® “Final” çay markası ucqar kəndin şagirdlərini sevindirib

Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin səpininə başlanılıb

Selçuk Bayraktar “Bilim Bakı”da

Azərbaycan səfiri etimadnaməsinin surətini Türkmənistan XİN başçısına təqdim edib

Parlamentdə daha bir qanun layihəsi birinci oxunuşda təsdiqlənib

Qüdrətli öndərsiz bir millət heç nəyə nail ola bilməz

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının açıqlaması

BMT-nin Ermənistanın hesabatı ilə bağlı iclasında Qərbi Azərbaycan İcması da təmsil olunacaq

Milli Məclis Rəqabət Məcəlləsinin layihəsini birinci oxunuşda təsdiqlədi