İQTİSADİYYAT


Elektron müraciət əsasında elektrik sayğaclarının qoyulması 3 dəfəyədək artıb

Bakı, 30 avqust, AZƏRTAC

2019-cu ilin 7 ayı ərzində “Azərişıq” ASC-yə “ASAN xidmət”, “ASAN Kommunal” və elektron qaydada müraciət edən sahibkarların 2800-nün obyektinə elektrik sayğacı qoyulub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfəyə yaxın çoxdur.

ASC-dən AZƏRTAC-a bildirilib ki, ötən ilin 7 ayı ərzində 949 sahibkarın obyektinə elektrik enerjisi verilib.

“Bu artımın əsas səbəbi heç şübhəsiz ki, aparılan islahatlarla bağlıdır. Belə ki, ötən il dekabrın 25-də Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Sahibkarların mövcud və ya inşa ediləcək tikinti obyektlərinin elektrik enerjisi ilə təchizatı prosedurunun sadələşdirilməsi haqqında” Fərmanın imzalanması və şəbəkəyə qoşulma müddəti 24 gündən 20 günə, prosedurlar isə 3-dən 2-yə endirilməsi, şəbəkəyə qoşulma ilə bağlı kilovata görə vahid tarifin tətbiq olunması, ən əsası isə “Azərişıq” ASC-nin mütəxəssisləri tərəfindən hazırlanan elektron müraciətlərin idarə olunması sisteminin “Elektron hökumət” portalına inteqrasiya edilməsi də sahibkarların və ya vətəndaşların onlayn qaydada müraciət etməklə bir neçə dəqiqənin içində işini yekunlaşdırmasına şərait yaradıb", - deyə qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.