İQTİSADİYYAT


Elektron qaimə-faktura VÖEN səhv göstərildiyi halda ləğv edilir

Bakı, 18 iyul, AZƏRTAC

Elektron qaimə hansı hallarda ləğv edilə bilər?

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən AZƏRTAC-ın sualına cavab olaraq bildirilib ki, elektron qaimə-fakturada alıcının VÖEN-i səhv göstərildiyi halda, elektron qaimə-faktura ləğv edilir və bu barədə məlumat vergiödəyicisinin e-qutusuna ötürülür, alıcının elektron qutusu olmadıqda isə çap edilərək birbaşa təqdim edilir.

Həmçinin nəzərə çatdırılıb ki, elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra onun üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır.

Belə halda, alıcı vergiödəyicisinə (satıcıya) müraciət edərək, təqdim olunmuş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər və ləğvetmə vergiödəyicisi (satıcı) tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.