İQTİSADİYYAT


Elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməlidir

Elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməlidir

Bakı, 6 dekabr, AZƏRTAC

Qanunvericiliyə əsasən, mallar (işlər, xidmətlər) sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırmış, yaxud ləğv prosesində olan şəxslərə göndərildikdə, göndərilmiş elektron qaimə-faktura qəbul edən tərəfindən 30 gün müddətində təsdiq edilməlidir.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, elektron qaimə-faktura 30 gün müddətində təsdiq edilmədikdə proqram təminatı vasitəsilə ləğv edilir və göndərilməmiş hesab olunur.

Elektron qaimə-fakturanın ləğv edilməsi barədə məlumat göndərildikdən sonra elektron qaimə-faktura üzərində düzəliş aparıla bilməz, yalnız ləğv olunub yenisi yaradılmalıdır. Elektron qaimə-fakturanı qəbul edən onu göndərənə müraciət edərək, göndərilmiş elektron qaimə-fakturanın ləğvini xahiş edə bilər. Ləğvetmə göndərən tərəfindən həyata keçirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.