İQTİSADİYYAT
Elektron sənaye portalının təqdimatı olub
AZƏRTAC xəbər verir ki, oktyabrın 2-də Bakıda layihə çərçivəsində yaradılan elektron sənaye portalının (www.e-senaye.az) təqdimat mərasimi təşkil olunub. Tədbirdə çıxış edən layihə koordinatoru Cəsarət Hüseynzadə bildirib ki, Azərbaycanda ilk dəfə yaradılan bu portal çoxfunksiyalı olaraq sənaye sahəsində fəaliyyət göstərən firma və müəssisələr üçün geniş imkanlar açır. Belə ki, hər bir şirkət portalda qeydiyyatdan keçərək standart və yaxud VİP üzvlük statusu almaq imkanı qazanır. Bu statusdan asılı olaraq, onlar öz müəssisələri haqqında informasiyaları, xidmətləri, məhsulları, foto sessiyaları və video çarxları portalda yayımlaya bilərlər.
Qeyd olunub ki, layihə icraçıları tərəfindən elektron sənaye portalının bazasına ilkin olaraq 200 sənaye müəssisəsi haqqında informasiya, 1000-dək sənaye məhsulu barədə məlumatlar daxil edilib. Bundan başqa, portalda müəssisələr haqqında foto-video materiallar da yer alıb.
Tədbirdə portalla bağlı çıxışlar dinlənilib, müzakirələr aparılıb.