ELM VƏ TƏHSİL


“Elektron təhsil” respublika müsabiqəsinin birinci  mərhələsi başa çatıb

Bakı, 23 oktyabr, AZƏRTAC 

Təhsildə informasiya texnologiyalarının tətbiqinə həsr olunmuş “Elektron təhsil” respublika müsabiqəsinin birinci mərhələsi başa çatıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bu mərhələ üzrə 703 layihə təqdim olunub. Onlardan 59-u müsabiqənin şərtlərinə uyğun gəlməyib və yekun olaraq 644 layihə qəbul edilib. Layihələrin 362-si müəllimlər, 268-i şagirdlər,14-ü isə tələbələr tərəfindən göndərilib.

Layihələr ümumi mərhələdə müəyyənləşdirilmiş meyarlar üzrə qiymətləndirilmək üçün müsabiqənin ekspert komissiyasına təqdim olunub. İkinci mərhələnin nəticəsi və nominantların adları cari ilin noyabrında elan ediləcək.

“Elektron təhsil” respublika müsabiqəsi “Müəllim”, “Şagird” və “Tələbə” istiqamətləri üzrə altı nominasiyada təşkil olunub.

Müsabiqənin keçirilməsinin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Qaliblərə noutbuk, planşet, printer və digər xüsusi mükafatlar təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.