ELM VƏ TƏHSİL


“Elektron təhsil” respublika müsabiqəsinin nominantları müəyyənləşib

Bakı, 17 noyabr, AZƏRTAC 

“Elektron təhsil” respublika müsabiqəsinin müəllim, şagird və tələbə istiqamətləri üzrə altı nominasiyada qəbul edilən 644 layihəyə ekspertlər tərəfindən baxılıb.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, ekspertlərin qiymətləndirmə nəticələrinə görə, bu layihələrdən 197-si nominant olaraq seçilib və növbəti mərhələyə buraxılıb. Növbəti mərhələdə işlər münsiflər heyəti tərəfindən online qiymətləndiriləcək.

Müsabiqənin keçirilməsinin əsas məqsədi tədris prosesində informasiya texnologiyalarına əsaslanan yenilikçi tədris üsullarını təşviq etməkdir. Müsabiqə müəllim, şagird və tələbələr tərəfindən yaradılmış elektron tədris vəsaitlərini geniş istifadəçi auditoriyasına tanıtmağa, tədris prosesində İKT-dən və elektron resurslardan fəal istifadə imkanlarını genişləndirməyə şərait yaradır.

Müsabiqə “AzEduNet”, “Ultra”, “Edumedia Azərbaycan”, “Nar” mobil operatoru və “Təhsildə İnnovativ Texnologiyalar” əlavə təhsil mərkəzi tərəfindən dəstəklənir.

Müsabiqə qaliblərinə xüsusi mükafatlar təqdim olunacaq.

2010-cu ildən keçirilən müsabiqəyə indiyədək ümumilikdə yeddi mindən artıq layihə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.