ELM VƏ TƏHSİL


Elektron təhsildə sosial şəbəkələr üzrə kontentin idarə edilməsi məsələləri tədqiq olunub

Bakı, 10 dekabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti elmi seminarında şöbənin əməkdaşı Lalə Zeynalova “Elektron təhsildə sosial şəbəkələr üzrə təhsil kontentinin idarə edilməsi məsələləri” mövzusunda məruzə ilə çıxış edib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, informasiya texnologiyaları sahəsində əldə olunan elmi nailiyyətlər XXI əsrin başlanğıcında fərdi təhsil (PLE – Personal Learning) konsepsiyasının inkişafına səbəb olub. Sosial şəbəkələrin böyük əksəriyyəti maarifləndirici məqsədlər üçün yaradılmasa da onların müəyyən funksiyaları mövcuddur.

Sosial şəbəkələrdə elektron təhsilin dəstəklənməsi üçün bir çox alətlərə rast gəlindiyini deyən məruzəçi bloqlar, forumlar, çatlar, videokonfranslar, elektron portfolio və s. vasitəsilə maarifləndirmə işlərinin aparılmasının mümkün olduğunu qeyd edib, onların təhsil prosesi ilə bağlı fəaliyyətin dəstəklənməsi üçün istifadə oluna biləcəyini vurğulayıb. Əlavə edib ki, bu alətlərdən bəziləri elektron təhsil üçün platformalara inteqrasiya oluna bilər.

Sonra məruzə ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.