ELM VƏ TƏHSİL


Elektron təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələrdən istifadənin üstünlükləri araşdırılıb

Bakı, 4 oktyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunda elektron təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələrdən istifadənin üstünlükləri araşdırılıb. Təhsil prosesinin fərdiləşdirilməsi təhsil alanlara nə, nə vaxt və necə öyrənmək üçün seçim imkanı verir.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, informasiya texnologiyaları sahəsində əldə olunan elmi nailiyyətlər XXI əsrin əvvəllərində fərdi təhsil konsepsiyasını (Personal Learning) inkişaf etdirib. Artıq dünyanın bir çox ölkələrinin ali təhsil müəssisələrində təhsilin idarəolunması sistemi tətbiq olunur. Təhsilin fərdiləşdirilməsi üçün sosial şəbəkələr geniş tətbiq edilir. Sosial texnologiyalar tələbələrin öz ideyalarını yayması, elmi işlərinin nəşri, multimedia məlumatlarının yerləşdirilməsi, qrup üzvləri ilə öz problemlərinin həll üsullarının birgə öyrənilməsi, faylların mübadiləsi və s. imkan verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.