ELM VƏ TƏHSİL


Elektron tibbin formalaşdırılması istiqamətində tədqiqatlar genişləndirilir

Bakı, 14 iyul, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunda elektron tibbin formalaşdırılması istiqamətində tədqiqatlar genişləndirilir.

Bu barədə institutun elmi seminarında məlumat verilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, AMEA-nın müxbir üzvü texnika üzrə elmlər doktoru, professor Məsumə Məmmədova rəhbərlik etdiyi şöbədə bu ilin I yarısında yerinə yetirilmiş elmi-tədqiqat işləri haqqında danışıb. Bildirib ki, tədqiqatlar elektron tibbin formalaşması problemləri üzrə aparılıb. M.Məmmədova “Elektron tibb mühitində intellektual idarəetmə və qərarların qəbul olunmasının dəstəklənməsi problemləri”, “Qaraciyər xəstəlikləri və transplantasiyası üzrə müalicə-diaqnostik qərarların qəbulunu dəstəkləyən intellektual sistemin işlənməsi”, “Səhiyyə 4.0 şəraitində vahid inteqrasiya olunmuş tibbi informasiya fəzasının formalaşması prinsiplərinin işlənməsi” mövzusunda aparılmış tədqiqatların nəticələrindən bəhs edib. Bu tədqiqatların e-tibbin formalaşması problemlərinin həllində böyük əhəmiyyətə malik olduğunu bildirib. O, “İnsan resurslarının idarə olunması qərarlarının qəbulunun intellektual dəstəklənməsinin elmi-metodoloji əsaslarının işlənməsi”, “Elektron universitetin fəaliyyət konsepsiyası, model və metodlarının işlənməsi” mövzuları üzrə dissertasiya mövzularının müdafiə olunduğunu və bu istiqamətlər üzrə tədqiqatların davam etdirildiyini diqqətə çatdırıb.

Şöbə müdiri elmi-innovasiya fəaliyyəti çərçivəsində həyata keçirilən müxtəlif elmi-texniki ekspertiza işləri, müxtəlif tədbirlər haqqında məlumat verib.

Mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonda AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik Rasim Əliquliyev çıxış edərək şöbənin yarımillik hesabatı yüksək qiymətləndirib, tədqiqatlarla bağlı bir sıra təklif və tövsiyələrini səsləndirib. Alim şöbədə elektron tibbin formalaşması problemləri üzrə aparılan elmi-tədqiqatların daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.