İQTİSADİYYAT


“Elektron ticarətdə elektron hesablaşmaların idarə olunması” mövzusunda təlim təşkil edilib

Bakı, 28 noyabr, AZƏRTAC

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun təşəbbüsü və BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin dəstəyi ilə İnnovativ Biznes Proqramı çərçivəsində "Elektron ticarətdə elektron hesablaşmaların idarə olunması" mövzusunda İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzində təlim keçirilib.

Nazirliyin ictimaiyyətlə əlaqələr sektorundan AZƏRTAC-a bildirilib ki, elektron ticarət sahəsində fəaliyyət göstərən və ya göstərmək istəyən şirkətlər, eləcə də startaplar üçün təşkil olunan bu təlimin əsas məqsədi elektron ticarətin mühüm hissəsi olan elektron hesablaşmaların konsepsiyaları və vasitələri barədə məlumatlandırma, bu sahədə idarəetmənin təşkili, elektron hesablaşmaların əhəmiyyəti, hesablaşmalar zamanı yaranan problemlərin həlli və elektron hesablaşma sistemlərinin öyrənilməsindən ibarətdir.

Tədbirdə İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun icraçı direktor vəzifəsini icra edən Azər Bayramov, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabbarov, BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin Azərbaycan üzrə layihə meneceri Eldar Adilzadə çıxış ediblər.

Sonra BMT-nin Beynəlxalq Ticarət Mərkəzinin eksperti Mohamed Es Fih təqdimatla çıxış edib. İnteraktiv keçən təlimdə özəl sektorun nümayəndələri və startaplar iştirak edib.

Xatırladaq ki, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun İnnovativ Biznes Proqramı innovativ biznes qurmaq və inkişaf etdirmək arzusunda olan startaplar, kiçik və orta sahibkarlara dəstək olmaq məqsədi daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.