ELM VƏ TƏHSİL


Elektron universitet üzrə model, metod və instrumental vasitələr işlənilib

Bakı, 14 aprel, AZƏRTAC

İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarı “Elektron universitetin fəaliyyət konsepsiyasının, model və metodlarının işlənməsi” mövzusunda hazırlanan dissertasiya işinin elmi-nəzəri nəticələrinin müzakirəsinə həsr olunub.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

Dissertasiya işini təqdim edən Hüseyn Qasımov mövzunun aktuallığı, əldə edilmiş elmi yeniliklər və nəşr olunmuş elmi əsərlər haqqında məlumat verib. İddiaçı mövcud e-universitetlərin konseptual modellərinin, e-universitetin intellektual idarə edilməsinə qoyulan tələblərin və innovativ tədris-mühitinin araşdırıldığını diqqətə çatdırıb.

Məruzəçi tədqiqat işinin aktuallığından bəhs edərək, informasiya cəmiyyətinin formalaşması, informasiya texnologiyalarının, dünya təhsil sisteminin və metodoloji mühitin inkişafı şəraitində təhsilin virtuallaşması prosesinin qaçılmaz olduğunu söyləyib. Bildirib ki, intellektual texnologiyaların təhsildə tətbiqi konsepsiyasının reallaşdırılması üçün bütövlükdə təhsil sistemində qlobal dəyişikliklər edilməsi və ilk növbədə, klassik universitetin elektron adlanan universitetə keçirilməsi son dərəcə vacibdir.

Sonra mövzu üzrə fikir mübadiləsi aparılıb və suallar cavablandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.