CƏMİYYƏT


Elektron və vizual məlumat bazası əlavə yaşıllıqların salınmasına dair qərar verilməsinə dəstək olacaq

Bakı, 21 fevral, AZƏRTAC 

Yaşıllıq sahələrinə nəzarət edilməsi üçün elektron və vizual məlumat bazasının yaradılması çevik qərarların verilməsi, ərazinin analiz edilməsi, bunun nəticəsində yeni ərazilərdə əlavə yaşıllıqların salınmasına dair qərar verilməsinə böyük dəstək olacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin baş mühəndisi Cavanşir Məmmədov fevralın 21-də keçirilən mətbuat konfransında deyib.

“Bakı şəhərində yaşıllıqlar əsasən 1960-80-ci illərdə salındığından mövcud yaşıllıqların təxminən 50-60 yaşı var. Bu səbəbdən də ağacların dekorativ nöqteyi-nəzərdən yararsız vəziyyətə düşməsi, atmosferin, küləyin təsirindən sınması, xoşagəlməz hala düşməsi təbii haldır. Məhz Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ilkin olaraq Bakı şəhərində yaşıllıq sahələrinə nəzarət edilməsi üçün yaratdığı elektron və vizual məlumat bazası bizə imkan verəcək ki, ərazilərdə daha dəqiq iş aparaq, əkilən ağac və kol növlərini düzgün seçək.

Bu, vaxtında qaldırılmış məsələdir və bunun mütəmadi olaraq həyata keçirilməsi zəruridir”, - deyə C.Məmmədov qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.