DÜNYA


Elena Kundura: Yunanıstanın son dörd ildə turizmdən daxil olan gəlirləri 35 faiz artıb

Afina, 10 may, AZƏRTAC

Yunanıstanın son dörd il ərzində turizmdən daxil olan gəlirləri 35 faiz artaraq 18,5 milyard avroya çatıb.

Bunu Yunanıstanın sabiq turizm naziri Elena Kundura nazirliyin işlərini yeni təyin edilən turizm naziri Fanasis Teoxaropulosa təhvil verən zaman bildirib.

E.Kundura qeyd edib ki, 2015-ci ildən Yunanıstanın iqtisadi böhrandan çıxmağının əsas səbəblərindən biri də turizmdən əldə olunan gəlirlərdir. Ölkəyə 33 milyon turist gəlib, on minlərlə yeni iş yeri açılıb. Ölkədə turizm digər sahələrin dirçəlməsinə zəmin yaradıb.

Qeyd edək ki, sabiq turizm naziri Elena Kundura dörd il turizm naziri vəzifəsini tutduqdan sonra Avropa Parlamentinə seçkilərlə əlaqədar olaraq vəzifəsindən istefa verib.

 

İqbal Hacıyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.