SİYASƏT


Eli Naxt: Azərbaycanda seçkilərin şəffaf keçirilməsi üçün ciddi işlər aparılır

Bakı, 22 yanvar, AZƏRTAC

Azərbaycanda keçirilən prezident seçkilərini müşahidə etmişəm. Bilirəm ki, seçkilərin şəffaf keçirilməsi üçün ölkədə ciddi işlər aparılır.

AZƏRTAC xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında İsrailin Aşdod şəhərinin merinin müavini Eli Naxt deyib.

Parlament seçkilərinin də şəffaf və yüksək səviyyədə keçiriləcəyinə əminliyini ifadə edən E.Naxt Azərbaycan ilə İsrail arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirib. “Bu münasibətlərin inkişafında parlamentlərarası əlaqələr də mühüm rola malikdir. Əminəm ki, əlaqələrimiz bundan sonra da uğurla inkişaf edəcək”, - deyə E.Naxt vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.