SİYASƏT


Elin Süleymanov: Radikallar tərəfindən Azərbaycan səfirliyinə hücum qəbuledilməzdir və barbarlıqdır

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinə radikallar tərəfindən edilən hücum qəbuledilməzdir və barbarlıqdır.

Bunu Azərbaycanın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov özünün tviter hesabında bildirib.

Diplomat yazıb: “Bu, diplomatik binaların toxunulmazlığı prinsipinin birbaşa pozulmasıdır. Mən hazırda Bakıdayam. Həmkarlarımızın sağlamlığına və təhlükəsizliyinə yaranan təhdidə baxmayaraq, onların salamat olduqlarını görməkdən məmnunam.

Səfir, həmçinin vurğulayıb ki, səfirlik rəsmiləri də daxil olmaqla, vətəndaşlarımızın salamlığı və təhlükəsizliyi bizim əsas prioritetlərimizdəndir. “Londonda olan azərbaycanlı diplomatlar təhdid və təhlükə altında da Azərbaycanın Böyük Britaniyadakı səfirliyindəki fəaliyyətlərini davam etdirirlər", - deyə o qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.