DÜNYA


Elizabet Trass baş nazir postunu tərk etmək fikrində deyil

Elizabet Trass baş nazir postunu tərk etmək fikrində deyil

Bakı, 18 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Baş naziri Elizabet Trass bəzi parlamentarilərin istefa çağırışlarına baxmayaraq, vəzifəsində qalmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Elizabet Trass bu barədə BBC telekanalına müsahibəsində deyib.

“Növbəti seçkilərdə Mühafizəkarlar partiyasının başında olacağam. Ölkəyə xidmət etmək üçün bu vəzifəyə seçilməyim vacibdir. Çətin günlər yaşayırıq və Mühafizəkarlar partiyası barədə söhbətlərə vaxt itirə bilmərik. Bu, mənim həmkarlarıma cavabımdır”, - deyə Birləşmiş Krallığın hökumət başçısı bildirib.

O, həmçinin səhvlərini etiraf edib və buna görə xalqdan üzr istəyib: “Məsuliyyəti öz üzərimə götürərək buraxdığım səhvlərə görə üzr istəyirəm. Elektrik enerjisinin qiymətinin bahalaşması ilə bağlı çətinliklər və yüksək vergi probleminin həlli ilə bağlı insanlara kömək etmək istərdim. Lakin biz çox uzağa və çox sürətlə getdik. Bunu etiraf edirəm. Mən iqtisadi sabitliyin bərpası üçün yeni strategiya ilə məşğul olacaq yeni maliyyə naziri təyin etmişəm”.

Böyük Britaniyanın sabiq maliyyə naziri Kvazi Kvartenq öz postundan istefa verdikdən sonra onun yerinə Ceremi Hant təyin edilib.

Qeyd edək ki, Kvartenq bu il sentyabrın əvvəlində maliyyə naziri vəzifəsinin icrasına başlamış və 38 gündən sonra istefa vermişdi. Onun sələfi Nadim Zahavi isə bu postda təxminən iki ay çalışmışdı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.