İDMAN
Ellen Van Deyk: Bakıda özümü doğma şəhərimdəki kimi hiss edirəm VİDEO

Bakı, 18 iyun, A.Həsənova, K.Əliyeva, AZƏRTAC
Bakı Hollandiyadan çox uzaq olsa da özümü doğma şəhərimdəki kimi hiss edirəm.
Bu sözləri AZƏRTAC-a müsahibəsində birinci Avropa Oyunlarının hollandiyalı qızıl medalçısı, şose velosipedi üzrə dünya çempionu Ellen Van Deyk deyib.
Hollandiyalı idmançı bildirib: "Biz birinci Avropa Oyunlarının tarixini yazırıq. Mən Olimpiya Oyunlarında dəfələrlə iştirak etmişəm. Əminliklə deyə bilərəm ki, Bakıda Oyunlar mükəmməl təşkil olunub. Buradakı ab-hava London Olimpiya Oyunlarında olduğu kimidir. Mən bu möhtəşəm idman tədbirinin iştirakçısı olduğum üçün çox şadam. Bakı Hollandiyadan çox uzaq olsa da özümü doğma şəhərimdəki kimi hiss edirəm”.