ELM VƏ TƏHSİL
“Elm-Nauka” qəzetinin növbəti nömrəsi çapdan çıxıb
Bakı, 4 aprel, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) rəyasət heyətinin mətbu orqanı olan “Elm-Nauka” qəzetinin növbəti nömrəsi çapdan çıxıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, yeni nömrədə Şollar-Bakı su kəmərinin açılışının 100 illiyinə həsr edilən Birinci Bakı Beynəlxalq Su Həftəsi, eləcə də “Macarıstan günləri” çərçivəsində keçirilən tədbirlər əks olunub.
Qəzetdə, həmçinin Fransa Respublikası Elmi Araşdırmalar Mərkəzinin Sen-Jermen Milli Arxeologiya Muzeyi və Leon Universiteti ilə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun apardığı arxeoloji tədqiqatlarla, həmçinin Yüksək Texnologiyalar Parkında elmin kommersiyalaşdırılması istiqamətində görülən işlərlə bağlı məlumatlar da yer alıb.
Nəşrdə “Görkəmli Azərbaycan memarı”, “Elm səyyahı” məqalələri və digər maraqlı məlumatlar da təqdim olunub.