ELM VƏ TƏHSİL
Elm Tarixi İnstitutu İtaliyanın ali məktəbləri ilə əlaqələrini genişləndirir
Bakı, 8 fevral, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunun direktoru, tarix elmlər doktoru Məryəm Seyidbəyli İtaliyanın Sapienza Universitetində Azərbaycanda elm tarixinə həsr olunan silsilə seminarlarda və siyasi sosiologiyaya dair mühazirələrdə iştirak edib.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, tədbirlərdə M.Seyidbəyli ölkəmizdə elm sahəsinin tarixindən, bu istiqamətdə həyata keçirilən islahatlardan və əldə olunan uğurlardan danışıb. Prezident İlham Əliyevin cari ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi ilə bağlı müvafiq Sərəncamını xatırladan alim bu istiqamətdə həyata keçirilən elmi tədqiqatlardan da söhbət açıb.
Səfər çərçivəsində M.Seyidbəyli, həmçinin Sapienza Universitetinin professoru Daniel Pommier, tanınmış antropologiya üzrə mütəxəssis, professor Luigi Maria və digər görkəmli alimləri ilə görüşüb.
Görüşlərdə qarşılıqlı maraq doğuran ikitərəfli münasibətlərə dair məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, əməkdaşlığın perspektivləri müzakirə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [19:37]
Abbasqulu Ağa Bakıxanovun “Riyazül-Qüds” əsəri nəşr olunub
- 24.04.2024 [19:11]
Bərdə Peşə Liseyində orta məktəblərin rəhbərləri üçün infotur təşkil edilib
- 24.04.2024 [19:03]
Bartın Universitetinin müəllimi ADPU-da olub
- 24.04.2024 [18:35]
BDU-da Karyera Festivalı keçiriləcək
- 24.04.2024 [18:30]
Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək
- 24.04.2024 [18:08]
ADPU-da Pedaqoji-psixoloji xidmət laboratoriyası açılıb
- 24.04.2024 [17:55]
Qazaxıstanda HTP çərçivəsində təqaüdlə təhsil imkanı
- 24.04.2024 [17:47]