ELM VƏ TƏHSİL


Elm Tarixi İnstitutu əməkdaşlarının 9 məqaləsi beynəlxalq indeksli xarici jurnallarda dərc olunub

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutu ötən il ərzində elm tarixinin müxtəlif profillərində uğurlu tədqiqatlar aparıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, əməkdaşlar tərəfindən il ərzində ümumilikdə 40-dan çox məqalə hazırlanıb. 9 məqalə isə beynəlxalq indeksli xarici jurnallarda dərc edilib.

2019-cu ildə elmi müəssisədə 7 kitab nəşr edilib. Üç kitab isə tam hazır vəziyyətdə çapa verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.