ELM VƏ TƏHSİL
Elm Tarixi İnstitutu müsabiqə elan edib
Bakı, 26 aprel, AZƏRTAC
AMEA Elm Tarixi İnstitutu vakant vəzifələri tutmaq üçün müsabiqə elan edib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, vakant yerlər müəssisənin Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin aparıcı elmi işçisi və Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi vəzifələridir.
Aparıcı elmi işçi vakansiyası üçün müsabiqədə Azərbaycan və rus dillərini mükəmməl bilən, sosiologiya, psixologiya, iqtisadiyyat, fəlsəfə və tarix üzrə fəlsəfə və elmlər doktorları iştirak edə bilərlər.
Beynəlxalq əlaqələr şöbəsinin baş mütəxəssisi vəzifəsi üçün isə müsabiqədə Azərbaycan və rus dillərini mükəmməl bilən, magistr dərəcəsi olan şəxslər və fəlsəfə doktorları iştirak edə bilərlər.
Sənədlər müsabiqənin tələblərinə uyğun olaraq bu gündən etibarən 1 ay müddətində təqdim edilməlidir.
Ünvan: AZ 1143, H.Cavid prospekti 115 (2-ci mərtəbə),
Tel.: (+994 12) 539 51 34,
E-mail: [email protected]
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [18:32]
Gəncə-Qazax bölgəsində yerləşən kolleclərdə monitorinqlər başlanıb
- 28.03.2024 [17:51]
“Türk xalqları ədəbiyyatı” üç cilddə nəşrə hazırlanır
- 28.03.2024 [17:03]