ELM VƏ TƏHSİL


Elm Tarixi İnstitutu və Qazaxıstanın Şərqşünaslıq İnstitutu arasında memorandum imzalanıb

Bakı, 13 may, AZƏRTAC

Qazaxıstanın R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini iqtisadiyyat elmləri doktoru, dosent Duysen Qalımjan və baş elmi işçisi iqtisadiyyat elmləri doktoru, dosent Dina Aytjanova və kiçik elmi işçi Bayan Yerqarinanın daxil olduğu nümayəndə heyəti Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunda (ETİ) olub.

Bu barədə AZƏRTAC-a Elm Tarixi İnstitutundan məlumat verilib.

Görüşdə qazaxıstanlı qonaqlar Elm Tarixi İnstitutunun baş direktoru tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyliyə təmsil etdikləri elmi müəssisənin rəhbərliyi adından əməkdaşlıq barədə müraciəti çatdırıblar. Professor Məryəm Seyidbəyli Elm Tarixi İnstitutunun beynəlxalq əməkdaşlığa xüsusi önəm verdiyini və bu istiqamətdə uğurlu təcrübəyə malik olduğunu diqqətə çatdırıb. O, ETİ-nin fəaliyyət istiqamətləri və elmi tədqiqatları, beynəlxalq əlaqələri və bu səpkidə gerçəkləşdirdiyi layihələr barədə qonaqlara ətraflı məlumat verib.

Duysen Qalımjan təmsil etdiyi institut haqqında danışıb. Dina Aytjanova imzalanacaq memorandumun əhəmiyyətini vurğulayaraq bu əməkdaşlığın hər iki ölkə elminə töhfə verəcəyini bildirib.

Görüşün yekununda Elm Tarixi İnstitutu və Qazaxıstan R.B.Süleymanov adına Şərqşünaslıq İnstitutu arasında 2022-2027-ci illəri əhatə edən əməkdaşlıq haqqında memorandum imzalanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.