ELM VƏ TƏHSİL


Elm Tarixi İnstitutunda “Nəsimi ili” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır

Bakı, 24 yanvar, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elm Tarixi İnstitutunda “Nəsimi ili” ilə bağlı bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu elm müəssisəsində “Nəsimi ili” ilə bağlı elmi-tədqiqat işləri aparılacaq. Dahi Nəsiminin əlyazmalarının surətinin əldə edilməsi üçün institutun əməkdaşları arxivlərdə çalışacaqlar. Araşdırmalar nəticəsində əldə edilən materiallar əsasında “Nəsimi və Azərbaycan elmi” adlı elmi seminar keçiriləcək.

Həmçinin institutun əməkdaşları tərəfindən Nəsiminin əsərlərində elm, tarix, təhsil, mədəniyyət, folklor və digər istiqamətlərdə fənlərarası mövzularda elmi məqalələrin dərc etdirilməsi, institut əməkdaşlarının ali məktəblərdə Nəsimi və onun yaradıcılığı ilə bağlı mühazirələr oxunması planlaşdırılır.

Qeyd edək ki, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyədə qeyd edilməsi məqsədilə Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.