ELM VƏ TƏHSİL


Elm Tarixi İnstitutunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

Bakı, 28 sentyabr, AZƏRTAC

AMEA-nın Elm Tarixi İnstitutunda Anım Gününə həsr olunan tədbir keçirib. Əvvəlcə Vətən şəhidlərinin xatirəsi anılıb.

Bu barədə AZƏRTAC-a Elm Tarixi İnstitutundan məlumat verilib.

Tədbiri açan institutun baş direktoru tarix elmləri doktoru, professor Məryəm Seyidbəyli bildirib ki, Azərbaycan işğal olunmuş torpaqlarını 30 il ərzində sülh yolu ilə azad etməyə çalışsa da, Ermənistanın təcavüzkar siyasəti buna imkan vermirdi. ATƏT-in Minsk qrupunun məsələni beynəlxalq hüquq çərçivəsində həll edə bilmədiyini və yaxud həll etmək istəmədiyini vurğulayan institut direktoru ermənilərin bu fürsətdən istifadə edərək daha yeni torpaqlar işğal etməyə çalışdığını və Azərbaycanın məcburiyyət qarşısında qalaraq hərb yolunu seçdiyini bildirib. Azərbaycanın müzəffər ordusunun bütün dünyaya öz yenilməzliyini və qəhrəmanlığını nümayiş etdirərək torpaqlarımızı işğaldan azad etdiyini deyən M.Seyidbəyli deyib ki, cəbhədəki uğurlarla yanaşı, Ali Baş Komandan İlham Əliyevin diplomatik müstəvidə də yüksək peşəkarlıq və qətiyyət göstərməsi dünya ictimaiyyətini Azərbaycanın bu mübarizədə haqlı olduğu faktı qarşısında qoydu.

Tədbirdə institutun elmi katibi dosent Zaur Əliyev, Həmkarlar Komitəsinin sədri və Tərcümə və informasiya şöbəsinin müdiri Aynur Nəzərova, Elmin nəzəri və metodoloji problemləri şöbəsinin elmi işçisi Novruz Nuriyev, Elmin nəzəri və metodoloji problemləri şöbəsinin elmi işçisi Solmaz Namazova çıxış ediblər.

Vurğulanıb ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar zamanı Vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksələnlər öz adlarını xalqın tarixi yaddaşına əbədi həkk ediblər. Onlar Vətən, dövlət və xalq qarşısında öz borcunu sonadək ödəyib qəhrəmanlıq nümunəsi yaratdılar, milyonlarla insanın sevgisini, rəğbətini qazandılar. 44 günlük Vətən müharibəsində Azərbaycan əsgəri dünya hərb sənətində nümunə kimi tətbiq olunacaq qəhrəmanlıqlar göstərib. Çıxışlarda, həmçinin bu gün azad Qarabağda aparılan quruculuq işləri qeyd olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.