ELM VƏ TƏHSİL


Elm Tarixi İnstitutunun əməkdaşları İtaliyada beynəlxalq elmi konfransda məruzə ediblər

Bakı, 22 iyun, AZƏRTAC

AMEA-nın Elm Tarixi İnstitutunun Təbiət və dəqiq elmlər şöbəsinin əməkdaşları İtaliyada “Tətbiqi sosial elmlər, iqtisadiyyat, idarəetmə, və təhsil tədqiqatları” mövzusunda keçirilən V beynəlxalq elmi konfransda iştirak ediblər.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, konfransda institutun Təbiət və dəqiq elmlər şöbəsinin müdiri Vüsalə Həsənova “Azərbaycanda meliorasiya və su təsərrüfatı: Qarabağın işğalından sonra və əvvəl” mövzusunda, həmin şöbənin əməkdaşı Aybəniz Osmanova isə “Qədim Hindistanda riyaziyyat” mövzusunda məruzələrini təqdim ediblər.

Müxtəlif ölkələrdən iştirakçıların qatıldığı konfrans dil, ədəbiyyat, tarix, siyasət, təhsil, iqtisadiyyat, informasiya texnologiyaları, beynəlxalq əlaqələr, regional problemlər, idarəetmə, fəlsəfə, sosiologiya, turizm kimi sahələrdə akademik mövzuların və aktual məsələlərin müzakirəsi, qarşılıqlı təcrübə və yeni elmi araşdırma istiqamətləri üzərində fikir mübadiləsi, gələcəkdə birgə həyata keçiriləcək layihələrə zəmin hazırlanması kimi müxtəlif aspektlərdə işlərin aparılması məqsədini daşıyıb.

Konfrans iştirakçılarına sonda sertifikatlar təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.