ELM VƏ TƏHSİL


Elm Tarixi İnstitutunun əməkdaşları əsgər və zabitlərimizə mənəvi dəstək olublar

Bakı, 12 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Elm Tarixi İnstitutunun əməkdaşları “Legion” hərbi vətənpərvərlik klubu və Cavad Xan Tarix və Mədəniyyət Fondunun üzvləri ilə birlikdə 2016-cı il Aprel döyüşləri zamanı işğaldan azad olunmuş Lələtəpə yüksəkliyinə və Cocuq Mərcanlı kəndinə səfər ediblər.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi ön cəbhədə Vətəni ləyaqətlə qoruyan əsgər və zabitlərimizə mənəvi dəstək olmaq, onlara ruh yüksəkliyi verməkdir.

Respublikanın Xalq artisti, mahir qiraət ustası Nurəddin Mehdixanlının və digər qonaqların vətənpərvərlik ruhunda çıxışı hərbçilərdə sözün əsl mənasında bayram ab-havası yaradıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.